İnteqrasiyalar
MİBPOS – ağıllı və inteqrasiya olunan satış ekosistemi
MİBPOS – müasir satış idarəetməsi üçün yaradılmış ağıllı POS platformasıdır və müxtəlif proqram təminatları, ödəniş sistemləri, banklar və avadanlıqlarla geniş miqyaslı inteqrasiyalar həyata keçirir. Məqsədimiz – satış proseslərini avtomatlaşdırmaq, ödənişləri təhlükəsizləşdirmək və biznes sahiblərinə tam nəzarət imkanı verməkdir.
Aşağıdakı sistemlərlə uğurla inteqrasiya olunmuşuq:
Ölkədə fəaliyyət göstərən Banklarla
Mibpos bank POS terminalları və ödəniş şlüzləri ilə birbaşa inteqrasiya olunaraq kart ödənişlərini real vaxtda qəbul edir. Satışlar dərhal sistemə düşür, kassa və bank məlumatları arasında fərq yaranmır. Bu, həm də sürətli, təhlükəsiz və komissiya nəzarətli ödəniş deməkdir.
Ödəniş Təşkilatları və Onlayn Kassa Sistemləri ilə
E-kassa sistemləri, ödəniş terminalları və elektron ödəniş platformaları ilə inteqrasiya sayəsində qəbzlər avtomatik ötürülür, ödənişlər saniyələr içində sistemə əlavə olunur. Müştəriləriniz üçün ödəniş prosesləri daha rahat, sizin üçün isə tam avtomatlaşdırılmış olur.
Mühasibatlıq Proqramları ilə (1C və digər ERP-lər)
Mibpos, 1C və digər ERP həlləri ilə inteqrasiya edərək satış və xərcləri mühasibatlıq sisteminə avtomatik ötürür. Maliyyə əməliyyatları şəffaf, dəqiq və tam izlənəbilən olur. Bu, mühasibatlıq yükünü minimuma endirir və insan faktorundan yaranan səhvləri aradan qaldırır.
Kart Oxuyucular və Ödəniş Avadanlıqları ilə
RFID, NFC və digər kart/oxuyucu texnologiyaları ilə uyğunluq satış prosesində kart vasitəsilə sürətli identifikasiya və müştəri tanıma imkanı verir. Loyallıq kartları, müştəri hesabları və bonus sistemləri tam avtomatlaşdırılmış şəkildə işləyir.
Ticarət və Mağaza Avadanlıqları ilə Uyğunluq
Çəkicilər, barkod oxuyucular, tərəzilər və digər mağaza avadanlıqları ilə problemsiz inteqrasiya təmin olunub. Bu, satış prosesini sürətləndirir, insan səhvlərini azaldır və əməliyyatları daha dəqiq edir.
Saytlar, E-commerce Platformaları və Web Sistemləri ilə İnteqrasiya
Online mağaza, marketplace, CRM və digər rəqəmsal sistemlərlə məlumat mübadiləsi tam avtomatlaşdırılıb. Onlayn satışlar və fiziki satışlar vahid ekosistemdə birləşir — stoklar, sifarişlər, ödənişlər və bonuslar real vaxtda yenilənir.
Niyə məhz mibpos ilə inteqrasiya?
Tam avtomatlaşdırılmış satış prosesi
Kart ödənişi, anbar, kassa və mühasibatlıq vahid ekosistemə toplanır.
Təhlükəsiz və etibarlı ödənişlər
Bank standartlarına uyğun inteqrasiya və real vaxt məlumat mübadiləsi.
Ağıllı və genişlənə bilən ekosistem
Mağazalar, filiallar, cihazlar və online sistemlər arasında tam uyğunluq.
Texniki dəstək və davamlı xidmət
İnteqrasiyaların quraşdırılması, izlənməsi və problemlərin operativ həlli.
+994 55 404 09 10
info@mibs.az
Bakı ş. Nərimanov ray., Ə.Rəcəbli 11B